Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp onu güllədən xilas edənin nə olduğunu açıqlayıb

Tramp onu güllədən xilas edənin nə olduğunu açıqlayıb

Tarix: 19 Iyul 2024 08:12

Respublikaçı Partiyadan prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı prezidentliyi dövründə miqrasiya statistikasını göstərən ekrana başını çevirərək ölümdən xilas olduğunu bildirib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçi respublikaçıların Miluokidə (Viskonsin ştatı) keçirilən Milli Qurultayında çıxışı zamanı danışıb.

"Bunu məndən bir daha eşitməyəcəksiniz, çünki bu barədə danışmaq ağrı verir. Arxamda mənim rəhbərliyim dövründə sərhədi keçənlərin sayını göstərən böyük ekran var idi, rəqəmlər sadəcə heyrətamiz idi. Cədvələ baxmaq üçün başımı sağa çevirməyə başladım və daha da dönməyə hazır idim, amma çox şanslı idim ki, etmədim, çünki vızıltı səsi duydum və sağ qulağıma nəyinsə böyük güclə dəydiyini hiss etdim", - o vurğulayıb.

Tramp qeyd edib ki, o baş hərəkətini etməsəydi, "qatilin gülləsi ideal şəkildə hədəfinə tuş gələcəkdi".

"Bu gün burada olmalı deyildim", - Tramp söyləyib, tərəfdarları isə cavab olaraq "olmalı idin" deyə səsləniblər.


Etiketlər:  Tramp güllədən xilas edənin olduğunu açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ