Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2024 21:36
İdman gimnastikası üzrə qadınlardan ibarət Yaponiya yığmasının kapitanı Seko Miyata milli komandanın davranış kodeksini pozduğuna görə olimpiya yığmasından xaric edilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı gimnast Monakoda təlim-məşq toplanışı zamanı siqaret çəkərkən yaxalanıb. İdmançı iyulun 17-də baş tutan açıq məşqi buraxıb. Ertəsi gün Miyatanın Olimpiadada iştirak etməyəcəyi və evə göndəriləcəyi açıqlanıb.
Yaponiya qanunlarına görə, yaşı 20-dən aşağı olan insanlara siqaret çəkmək və spirtli içki qəbul etmək qadağandır. Oxşar qaydalar, əgər milli komanda Yaponiyadan kənarda yerləşirsə, ona da şamil edilir.
Miyata 2022-ci il Dünya Çempionatında debütündə bürünc qazanıb. Həmin il Asiya çempionatında o, tullanma və döşəmə hərəkətlərində gümüş, komanda hesabında isə bürünc medal qazanıb.