Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heç kimin bir saatdan artıq qala bilməyəcəyi ən sakit yer - VİDEO

Heç kimin bir saatdan artıq qala bilməyəcəyi ən sakit yer - VİDEO

Tarix: 20 Iyul 2024 12:58

"Microsoft"un Vaşinqton ştatının Redmond şəhərindəki baş qərargahının ərazisində ən unikal və sirli yerlərdən biri - planetin ən sakit yeri kimi tanınan əraziyə yankısız kamera var. Audio texnologiyasını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş bu otaq səsin 99,99%-ni udmaq qabiliyyətinə malikdir və insanların çoxunun dözməkdə çətinlik çəkdiyi inanılmaz səviyyədə sükut yaradır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu otaqda o qədər sakitlik hökm sürür ki, ziyarətçilər öz ürək döyüntülərini, qan səsini, qulaqlarda cingilti və hətta oynaqların cırıltısını eşidirlər.

Bu səviyyədə səs izolyasiyası bir çox insanda narahatlıq hissi yaradır. "Microsoft" işçisi Hundraj Gopal deyir: "Bir çox insanlar səssizliyi sevdiklərini düşünür, lakin əsl sükut çox narahatedici ola bilər". Hər kəsin bu kamerada fasiləsiz qala biləcəyi ən uzun müddət cəmi 55 dəqiqə olub.

"Microsoft"un iki il ərzində tikilmiş kamerası altı qat beton və poladdan ibarət, təkmilləşdirilmiş səs izolyasiya sistemini ehtiva edir. Bütün bunlar otağı ən son audio texnologiyalarını hazırlamaq və sınaqdan keçirmək üçün ideal hala gətirir. Kameranın bu xüsusiyyəti ona "Ginnesin Rekordlar Kitabı"nda yer almağa imkan verib, çünki içindəki səs səviyyəsi insan eşitmə həddindən 20 desibel aşağıdır.

"Microsoft" mütəxəssisləri qəribə yan təsirlərinə baxmayaraq, müxtəlif sınaqlar üçün yankısız kameradan istifadə etməkdə davam edir və vurğulayırlar ki, bəzən texnoloji tərəqqi əldə etmək qeyri-adi və hətta narahatedici şərtlərlə üzləşməyi tələb edir.

Milli.Az


Etiketlər:  Heç kimin saatdan artıq qala bilməyəcəyi sakit VİDEO


RƏYLƏR