Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millinin qapıçısı "Qarabağ"ın hədəfində

Millinin qapıçısı

Tarix: 7 May 2019 17:36

Cənubi Afrika Respublikası (CAR) millisinin qapıçısı Darren Kit karyerasını Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın yerli "sowetanlive" saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı qolkiper "Qarabağ"ın diqqət mərkəzindədir. "Bidvest Vits" klubunda çıxış edən qapıçının 2 ay öncə Ağdam təmsilçisinin maraq dairəsinə düşdüyü iddia olunur.

Mövsümün sonunda hazırkı komandası ilə müqaviləsi başa çatacaq Kit orada qalmaq istəmir. Onun mayın 11-də CAR Premyer Liqasının sonuncu turunun “Qolden Errouz”la səfər matçından sonra "Bidvest Vits"i tərk edəcəyi gözlənilir. Təcrübəli qolkiperlə yerli "Kayzer Çifs" klubunun da maraqlandığı bildirilir.

Qeyd edək ki, 2013-cü ildən CAR yığmasına çağırılan D. Kit burada 8 oyun keçirib.

 


Etiketlər:  Millinin qapıçısı Qarabağın hədəfində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ