Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu Avropa ölkəsi yanacaq böhranı yaşaya bilər

Bu Avropa ölkəsi yanacaq böhranı yaşaya bilər

Tarix: 22 Iyul 2024 10:34

Rusiyanın "Lukoil" şirkətinə məxsus neftin Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən Macarıstan yanacaq-energetika böhranı ilə üzləşib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Politico Europe" yazır.

Macarıstan üzrə ekspert İlona Gizinska hesab edir ki, Ukraynanın tədbirləri Budapeşti çətin vəziyyətə sala bilər.

Ekspertin fikrincə, əgər Macarıstan hökuməti çıxış yolu tapmasa, sakinlər yaxın həftələrdə çox yüksək enerji qiymətləri və elektrik çatışmazlığı ilə üzləşə bilərlər.

Neft analitiki Viktor Katona, tədarükün kəsilməsi ucbatından ölkədəki neftayırma zavodlarının 90 günlük ehtiyatlardan istifadə edəcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, Macarıstan problemi diplomatiya ilə həll etmək üçün yol axtarmalıdır.

Qeyd edək ki, Ukrayna Rusiyadan Avropaya neft nəqlini kəsərək Macarıstana təzyiq siyasətinə keçib. Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Budapeşt Rusiyadan Ukrayna vasitəsilə neft tədarükü məsələsini həll etmək üçün bir sıra müvəqqəti tədbirlər görüb, lakin onlar uzunmüddətli perspektivdə nəticə verməyəcək.


Etiketlər:  Avropa ölkəsi yanacaq böhranı yaşaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ