Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avropa Sülh Fondu”nun Ermənistana silah yardımına XİN-dən REAKSİYA

“Avropa Sülh Fondu”nun Ermənistana silah yardımına XİN-dən REAKSİYA

Tarix: 22 Iyul 2024 18:48

Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir.

Sonxeber.net xəbər verir ki, bu barədə "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında deyib.

O qeyd edib ki, Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə "bölücü xətlər" yaratmaq siyasətinin təzahürüdür.

"Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.

Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik.

Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək", - o qeyd edib.


Etiketlər:  Avropa Sülh Fondunun Ermənistana silah yardımına XİN dən REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ