Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2024 20:36
ABŞ Prezidenti Co Bayden seçki kampaniyasından çıxdığını elan etdikdən sonra bir dəfə də olsun kameralar qarşısında görünməyib. Amerikalılar prezidentin yaşadığını göstərən faktlar tələb edirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Foks Nyus"un aparıcısı Bret Bayer deyib.
O bildirib ki, ölkədə prezidentin ölümü ilə bağlı söz-söhbətlər dolaşmaqdadır.
"Delaverdən kameralara müraciət olmayıb. Lindon Consonun 1968-ci ildə etdiyi kimi... Nə isə düzgün getmir", - deyə aparıcı bildirib.