Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2024 18:54
Türkiyədə Xəzinədarlıq və Maliyyə Nazirliyinin tətbiq etdiyi gəliri artıran qaydalar çərçivəsində qəbz və faktura almayanları rekord məbləğdə cərimə gözləyir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, nazirlik tərəfindən gəlir artırıcı qaydalar çərçivəsində qəbz və qaimə-faktura kimi sənədlərin verilməsi üçün yeni əsasnamə imzalanıb.
Fakturada qəbz almayanları yeni qaydaya əsasən ağır cəza gözləyir. Bunda məqsəd qeydiyyatsız ticarətin azaldılmasıdır. Bu həftə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacağı gözlənilən vergi paketindəki cəza maddələrinin artırılması səbəbindən, həm müəssisələr, həm də istehlakçılar ciddi cəzalarla üzləşəcək.