Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2024 10:58
Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatının yarımfinal oyununda geydiyi idman köynəyi "Sotheby's" hərracının saytında satışa çıxarılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, həmin oyunda Argentina millisi Belçikanı məğlub edib (2:0). Matçdan sonra Dieqo Maradona rəqibin qapıçısı Jan-Mari Pfaffla forma dəyişib. O vaxtdan köynək qolkiperin şəxsi kolleksiyasında saxlanılır.
Maradonanın forması ilə bağlı hərrac avqustun 2-də baş tutacaq. Slotun başlanğıc qiyməti 700 min dollar olacaq.