Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2024 16:45
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədidə yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisəsi müzakirələrə səbəb olub. Mübahisə zamanı müğənni əlindəki baltanı mahafizəçiyə atıb və hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına xəsarət yetirib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, hadisə ilə bağlı demokrat.az-a danışan tanınmış müğənni Manaf Ağayev sənət dostu Ağadadaş Ağayev ilə bağlı məsələyə münasibət bildirib.
Manaf Ağayev qeyd edib ki, yaşlı adam və tanınmış Xalq artisti olduğu üçün ən azından gərək vurmazdılar:
"Mən də hamı kimi hadisənin görüntülərini sosial şəbəkədə gördüm. Ağadadaşın özü ilə əlaqə saxlaya bilmirəm. Ağadadaşla danışmamışam deyə, hadisənin təfərrüatı barədə bir söz deyə bilmərəm. Bir onu deyə bilərəm ki, hər kim olur olsun, bu cür dava lazım deyildi. Üstəgəl, onun sənətinə, yaşına görə, belə bir hal yolverilməz idi. Yenə deyirəm, məsələ lap nə cür olur olsun.
Videoda nə var bilmirəm. Həqiqətənmi orada onları ayıracaq kimsə olmayıb, yaxud da qorxularından yaxınlaşmayıblar, deyə bilmərəm. Amma hər kimdisə, düz etməyib. Mühafizəçi özünü müdafiə etsə də o cür etməzdi. Müdafiə olunmağın da öz təhəri var. Gərək yerə yıxardı, qolunu tutardı. Hər iki tərəfə o cür hadisə yaraşmadı".