Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real Madrid” onu ''Əl-Nəsr''dən almaq istəyir

“Real Madrid” onu ''Əl-Nəsr''dən almaq istəyir

Tarix: 25 Iyul 2024 19:10

"Real Madrid" "Əl-Nəsr"in və İspaniya millisinin müdafiəçisi Aymerik Laporteni transfer etmək istəyir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Kral klubu" "Lill"in gənc futbolçusu Leni Yoronu almaq yarışında "Mançester Yunayted"ə uduzduqdan sonra Laporteni pulsuz almağa çalışır.

Məlumata görə, "Əl-Nəsr" Laportanı satmağa hazırdır, lakin onun üçün xərclənən ən azı 27 milyon avronu almaq istəyir. Futbolçunun özü də bu transferdə çox maraqlıdır və transfer xatirinə Səudiyyə klubu ilə müqaviləni pozmağa hazırdır.

Laporte son Avropa çempionatında İspaniya millisinin heyətində altı oyun keçirib və finalda İngiltərə millisinə qalib gələrək turnirin qalibi olub.

Xatırladaq ki, Aymerik Laport 2023-cü ildə "Mançester Siti"dən Səudiyyə Ərəbistanı klubuna keçib. Ötən mövsüm futbolçu bütün turnirlərdə klubun heyətində 40 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Milli.Az


Etiketlər:  Real Madrid Nəsrdən almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ