Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2024 09:30
Türkiyəli məşhur müğənni Sezen Aksuya qarşı dələduzluq edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, dələduzlar Beyoğlu bələdiyyəsi adından zəng edərək Aksuya kimsəsiz uşaqlar üçün ianə topladıqlarını bildiriblər.
Sənətçi təklifi qəbul edib və həmin şəxslərə 420 min lirə ianə edəcəyini deyib. Aksu ilk mərhələdə onların hesabına 220 min lirə (təxminən 11 300 manat) köçürüb.
Daha sonra Aksunun köməkçisi şübhələnərək Beyoğlu bələdiyyəsi ilə əlaqə saxlayıb. Lakin bələdiyyə rəsmiləri belə bir kampaniyanın olmadığını bildiriblər. Aldadıldığını anlayan Aksu polis bölməsinə gedib. Sezenin köməkçisi isə şahid qismində ifadə verib.