Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2024 18:40
2001-ci il sentyabrın 11-də Nyu Yorkda törədilən terror aktları zamanı Əkiz Qüllələrin necə dağıldığına dair yeni kadrlar yayılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb.
Görüntülərin Nyu Yorkdakı binaların birinin damından yapon fotoqraf Kei Suqimoto tərəfindən lentə alındığı iddia edilir.
Lakin naməlum səbəblərdən bu kadrlar 23 il ərzində ortaya çıxarılmayıb.
Kadrlarda qüllələrin damlarından qara tüstü buludlarının necə qalxdığı ətraflı əks olunub.