Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 12:00
İspaniya Futbol Federasiyası "Sevilya"nın futbolçusu Lukas Okamposu 3 oyunluq cəzalandırıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna Argentina millisinin üzvünün La Liqanın 14-cü turunda "Valyadolid"lə matçda (1:0) etdiyi hərəkətlər səbəb olub. 90+2-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulan 25 yaşlı oyunçunun hakimə qarşı sərt etirazı ona baha başa gəlib. 3 oyunluq cəzanın 1-i qırmızı vərəqə aldığına, 2-si isə hakimə qarşı hörmətsizliyə görə verilib.
Beləliklə, Okampos La Liqada "Leqanes", "Osasuna" və "Vilyarreal"la görüşlərdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Sevilya" bu gün Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək.