Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 12:48
İsveçin "Hammarbü" klubunun səhmlərinin 50 faizini alan Zlatan İbrahimoviç yetirməsi olduğu ölkənin digər klubu “Malmö” azarkeşlərinin qəzəbinə tuş gəlib.
Qol.az-ın İsveç mətbuatına istinadən yaydığı xəbərə görə, 38 yaşlı hücumçunun "Hammarbü"nün səhmlərini almasını açıqladıqdan sonra bir qrup “Malmö” azarkeşləri bu ilin oktyabr ayında açılışı olan İbrahimoviçin heykəlinə qarşı vandallıq ediblər.
Heykəlin bir qoluna tualet qapağını keçirən qəzəbli azarkeşlər, bununla kifayətlənməyib, heykəlin başına sellofan keçirib, od vurublar. Məsələyə polis müdaxilə etsə də, vəziyyət dəyişməyib
Yuxarı