Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TikTok Azərbaycan dili günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək

TikTok Azərbaycan dili günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək

Tarix: 30 Iyul 2024 15:08

TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək

Qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok Azərbaycanda istifadəçilərə biliklərini bölüşmək üçün imkanlar yaradır. Həmçinin milli mədəniyyətlərinin gözəlliyini çoxmilyonluq beynəlxalq auditoriyasına yaymaq üçün fürsət verir.

Belə ki, bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən #TikTokdanÖyrən maarifləndirici layihəsi ölkənin hər yerindən istifadəçiləri müxtəlif mövzularda - milli yeməklərdən tutmuş dil öyrənməyə və akademik elmlərə qədər 23 mindən çox faydalı video yaratmağa ruhlandırıb. Həmçinin Azərbaycanda istifadəçilər ədəbiyyata fəal maraq göstərirlər: məsələn, #kitabfest və #booktokazerbaijan həştəqlərindən istifadə etməklə artıq tövsiyələr və kitab icmalı olan 3,5 mindən çox video yaradılıb. TikTok-da dil və mədəniyyət haqqında biliklərini bölüşən müəlliflərin sayı artır: məsələn, müəllim Aida Hacıyevanın @ana_dilimde_danis_ azərbaycanca düzgün danışmaqla bağlı videolarına artıq 37 mindən çox abunəçi baxıb.

TikTok Azərbaycan Əlifbası və Dili Günündə istifadəçilərin yeni biliklərə, ədəbiyyata, o cümlədən öz ana dilini təkmilləşdirməyə marağını dəstəkləmək üçün "Ədəbi qonaq otağı" layihəsinə start verir. Bu təşəbbüs ölkənin hər yerindən istifadəçilərə Azərbaycan dilinin gözəlliyini bir daha görkəmli milli müəlliflərin ədəbi əsərləri vasitəsilə görməyə imkan verəcək.

"Ədəbi qonaq otağı" məşhurların aktyor və layihə aparıcısı Ruslan Sabirli @ruslansabirly ilə birlikdə Azərbaycan dili və ədəbiyyatı haqqında danışacaqları, eləcə də Azərbaycan poeziyasının sevimli əsərlərini oxuyub müzakirə edəcəkləri canlı yayımdır.

Avqustun 1-də baş tutacaq canlı yayımların cədvəli:

Canlı yayımlar layihənin aparıcısı və qonaqlarının hesablarında, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazda TikTok yayımçı cəmiyyətinin @tiktoklive_eecca rəsmi hesabında olacaq.

Azərbaycanın tanınmış simaları da qısametrajlı video çəkilişlər aparıblar ki, onlar Azərbaycan müəlliflərinin ikonik şeirlərini oxuyurlar. Belə ki, aktyor Bəhram Bağırzadə @bahram_bagirzade Məmməd Arazın "Mən belə dünyanın nəyindən küsüm" şeirindən bir parça,  Mikayıl Müşviqin "Məhəbbət" əsərini isə Rafael İskəndərov @rafael_iskender oxuyub.

"Ədəbi qonaq otağı"nın canlı yayımlarına qoşulun və TikTok ilə Azərbaycan poeziyası və ana dilinin gözəlliyi haqqında daha çox məlumat əldə edin!

Milli.Az


Etiketlər:  TikTok Azərbaycan dili günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ