Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2024 01:16
Ağ Ev ABŞ-ın F-16 qırıcılarını Ukraynaya təhvil verdiyini təsdiqləməkdən imtina edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi müvafiq suala cavabında bununla bağlı Ukrayna tərəfi ilə əlaqə saxlamaq gərəkdiyini bildirib.
"Silahlarımız haqqında qətiyyən danışmayacağam", - deyə o bildirib.
Kirbi xatırladıb ki, elan edilmiş planlara görə, amerikalı qırıcılar bu yayın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməlidir.
Qeyd edək ki, "Blumberq" nəşri F-16 qırıcılarının ilk partiyasının artıq Ukraynaya təhvil verildiyi barədə məlumat yayıb.