Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 14:23
Bakı. Samir Əli - Trend:
Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gələn şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə daxil olan müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin