Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emin Ağalarov nənəsi ilə birlikdə - FOTO

Emin Ağalarov nənəsi ilə birlikdə - FOTO

Tarix: 1 Avqust 2024 07:50

Xalq artisti Emin Ağalarov öz sosial şəbəkə hesabında nənəsi Tamara Fyodorovna ilə görüntülərini paylaşaraq, "Mənim ən yaxşı nənəm" şərhini yazıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Tamara Fyodorovna Emin Ağalarovun təşkil etdiyi musiqi festivalına qonaq gəlib və jurnalistlərə nəvəsi ilə bağlı maraqlı bir xatirəsini danışıb.

O, Eminin elə uşaqlıqdan qurub-yaratmağa həvəsli olduğunu vurğulayıb.

"Mən onu bağçadan tez götürəndə inciyirdi. Sən demə hamı gedəndən sonra Emin oradakı plasmas daşlardan evlər tikirmiş. Bir dəfə evə gəldi və qaş-qabağını salladı. Mən ondan niyə küsdüyünü soruşdum. Cavab verdi ki, sən məni bağçadan tez götürdün. O, inanılmaz gözəl uşaq idi" deyə, Tamara Fyodorovna bildirib.


Etiketlər:  Emin Ağalarov nənəsi ilə birlikdə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ