Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb

Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb

Tarix: 2 Avqust 2024 07:38

Hindistanın şimalında davam edən güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Himaçal Pradeş, Uttarakhand, Uttar Pradeş, Haryan ştatlarının sakinləri, eləcə də Dehli paytaxt bölgəsinin bir neçə sakini fəlakətin qurbanı olublar.

"Yağışlar evlərin dağıdıldığı, yolların su altında qaldığı yaşayış məntəqələrinə ciddi ziyan vurub. Onlarla insan itkin düşmüş sayılır", - məlumatda bildirilir.

Hindistanın Meteorologiya Departamenti ölkənin şimalında yağışların avqustun 7-dək davam edəcəyini proqnozlaşdırır.


Etiketlər:  Hindistanda güclü yağışlar nəticəsində çox insan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ