Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Boks Assosiasiyası Olimpiyadada orta cinslərin iştirakı bağlı açıqlama yaydı

Beynəlxalq Boks Assosiasiyası Olimpiyadada orta cinslərin iştirakı bağlı açıqlama yaydı

Tarix: 2 Avqust 2024 10:38

Beynəlxalq Boks Assosiasiyası (ABB) Paris Olimpiadasında baş verən insidentlə bağlı açıqlama yayıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, müvafiq mesaj təşkilatın saytında dərc olunub.

"Biz boks yarışlarına buraxılışdakı uyğunsuzluğu pisləyirik. Xatırlatmaq istərdik ki, İman Xelif və Lin Yutinq sınaqdan sonra bizim müvafiq tədbirlərimizin qadın kateqoriyasında iştirak etmək üçün tələb olunan uyğunluq meyarlarına cavab vermədilər", - deyə məlumatda bildirilir.

ABB-dən onu da bildiriblər ki, qadınların arzularını haqsızlıq edən təşkilatlar əlindən almamalıdır.

"Rinq hakiminin rolu boksçunun təhlükəsizliyini təmin etməkdir. Əgər boksçu yarışa buraxılma kriteriyalarına cavab vermirsə, bunu necə etmək olar?".

Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində mübarizə aparan italyan boksçu Angela Karini əlcəzairli İman Xeliflə döyüşün 47-ci saniyəsində təslim olub. 2023-cü ildə Hindistanda keçiriləcək dünya çempionatında Əlcəzair təmsilçisi gender testindən keçə bilməyib. Həmçinin Tayvan təmsilçisi Lin Yutinq həmin çempionatda gender testindən keçməsə də, BOK onların Oyunlarda iştirakını təsdiqləyib.


Etiketlər:  Beynəlxalq Boks Assosiasiyası Olimpiyadada orta cinslərin iştirakı bağlı açıqlama yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ