Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırdı - YENİLƏNİB - VİDEO - FOTO

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırdı - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 2 Avqust 2024 18:56

18:54

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Milli.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançımiz təsəlliverici görüşdə Parisdə
dünya çempionu, Endi Qranda (Kuba) ilə qarşılaşıb.

Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
 

----------
14:03

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Milli.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançımiz l1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə qarşılaşıb.

Rəqibinə uduzan Kokauri təsəlliverici mübarizəyə qatılacaq.

---------
13:04

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Milli.Az xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Finlandiya təmsilçisi Martti Puumalainenlə üz-üzə gəlib.

Təmsilmiz rəqibini ipponla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.

Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.

-------

Bu gün Paris-2024-ün cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qarışıq komanda yarışı öncəsi son iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan yığmasının Fransa paytaxtındakı sonuncu cüdoçusu da tatamiyə çıxıb. Üçüncü Olimpiadasına yollanan Uşanqi Kokauri medallar uğrunda mübarizə aparır.

Kişilər
+100 kq

Uşanqi Kokauri Paris-2024-ə 1/16 finaldan start verib. O, ilk görüşündə Rafael Silvaya (Braziliya) ipponla qalib gəlib.

Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə yollanan yığmamız yarışın ilk 6 günündə iki medal qazanıb. Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev 100 kq çəkidə bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olub.

Milli.Az


Etiketlər:  Paris 2024 Azərbaycan cüdoçusu mübarizəni dayandırdı YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ