Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2024 11:18
Rusiyada Federasiya Şurasının iclasından çıxarkən saxlanılan Tula vilayətinin senatoru Dmitri Savelyevin son görüntüləri yayımlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçinin iclasda gərgin olduğu diqqətdən qaçmır.
İclasın sonunda baş prokuror İqor Krasnov zala daxil olur və senatorun keçmiş biznes tərəfdaşı İonovun qətlinin təşkilində şübhəli bilindiyi üçün onun toxunulmazlığının ləğv edilməsini istəyir.
Savelyev iclasdan çıxarkən saxlanılır. Bu anlar yayıma düşməyib.