Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2024 06:16
ABŞ-ın Livandakı səfirliyi öz vətəndaşlarından Beyrut Beynəlxalq Hava Limanında mövcud uçuş variantlarını nəzərdən keçirməyi və Livandan uçmaq istəyənləri, hətta əvvəlcədən seçilmiş marşrutda olmasa belə, istənilən mövcud uçuşu bron etməyə təşviq edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
"ABŞ-a qayıtmaq üçün vəsaiti olmayan ABŞ vətəndaşları repatriasiya kreditləri şəklində maliyyə yardımı üçün səfirliyə müraciət edə bilərlər. Livandan çıxmamağı seçən ABŞ vətəndaşlarına fövqəladə hallar üçün planlar hazırlamağı və uzun müddət sığınacaqda qalmağa hazır olmağı tövsiyə edirik", - bəyanatda bildirilib.