Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hirslənəndə niyə ''zəhər, zəqqum ye'' deyirlər? - ''Belə yaranıb''

Hirslənəndə niyə ''zəhər, zəqqum ye'' deyirlər? - ''Belə yaranıb''

Tarix: 4 Avqust 2024 06:54

Acıqlı olanda insanların bir-birinə söylədiyi "zəhər zəqqum ye" deyə bir kəlmə var. Bəs bu zəqqum nədir?

Sonxeber.net lent.az-a istinadən "Belə yaranıb" rubrikasında hirsli adamların "menyusuna daxil edilən" zəqqum barədə məlumat verir.

Dini rəvayətlərə görə, cəhənnəmə düşəcək adamlar zəqqum ağacının meyvələri ilə qidalanacaqlar. Bu ağacın meyvələri şeytan başına bənzəyir və murdar dadır.

Əslində isə zəqqum elmi adı "Nerium oleander" olan bitkiyə xalq içində verilmiş addır.

Zəqqum sözü bir növ zəhər sözünün sinonimidir.

Zəqqum ağacının yarpaqları və çiçəkləri zəhərlidir. Ondan bəzək ağacı kimi istifadə edilsə də, həyətlərdə əkilməsi tövsiyə olunmur. Çünki azyaşlılar və bilməyənlər üçün təhlükəli ola bilər. Elə bu səbəblə də bir inanc meydana çıxıb. Zəqqum ağacı hansı həyətdə əkilərsə, o yerdə bədbəxtlik olacağı deyilir.


Etiketlər:  Hirslənəndə niyə zəhər zəqqum deyirlər Belə yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ