Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güləşçilərimiz mübarizəyə başlayır - Paris-2024

Güləşçilərimiz mübarizəyə başlayır - Paris-2024

Tarix: 5 Avqust 2024 09:40

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 9-cu gündür.

Milli.Az xəbər verir ki, bu gün Azərbaycanın 2 idmançısı çıxış edəcək. 

Güləş

Güləş yarışlarında mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayacaq. Bu gün döşəkçəyə Azərbaycan millisinin 2 üzvü çıxacaq.

60 kq çəki dərəcəsində yarışacaq 2024-cü ilin Avropa çempionu, 28 yaşlı Murad Məmmədov mübarizəyə 1/8 finaldan start verəcək. Onun rəqibi Venesuela güləşçisi, 2024 Panamerikan çempionatının qalibi Rodrigues Orosco (33 yaş) olacaq.

130 kq. çəkidə yarışacaq Azərbaycan millisinin digər üzvü, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti (35 yaş) isə 1/8 finalda Estoniya güləşçisi Heiki Nabi (39 yaş) ilə qarşılaşacaq.

Nabi təcrübəli güləşçidir. O, 2006 və 2013-cü ildə dünya çempionatında qızıl, 2012 London Olimpiadasında isə gümüş medal qazanıb. 

Qeyd edək ki, güləş yarışları bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Güləşçilərimiz mübarizəyə başlayır Paris 2024


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ