Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağayar Axundzadə: “Bizim gənclər böyük iş görüblə”

Ağayar Axundzadə: “Bizim gənclər böyük iş görüblə”

Tarix: 5 Avqust 2024 12:20

"Cüdoçularımız çox gözəl nəticə qazandılar".

Sonxeber.net xəbər verir ki, bunu İdman.Biz-ə cüdo üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağayar Axundzadə deyib.

Təсrübəli mütəxəssis Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında çempionluğunu dəyərləndirib. 16 il öncə Elnur Məmmədli ilə Pekin-2008-də qızıl medal sevincini yaşamış Axundzadə bildirib ki, komanda ilə fəxr edir: "Daha öncə bunu Nazim Hüseynov da bacarıb. Bu qədər zamandan sonra belə nəticə bizi sadəcə xoşbəxt etdi. Xalq olaraq bu hissləri yaşamaq qürurvericidir. Hər bir idmançımızla bu nəticəyə görə fəxr edirik. Cüdo ölkəmizdə köklü tarixə malikdir. Bu səbəbdən gənclərimiz üçün də xüsusi önəm daşıyır. Cənab Prezident İlham Əliyev cüdo idman növünə xüsusi diqqət və qayğı göstərir. Görülən bütün işlər bunun bariz nümunəsidir".

Onun sözlərinə görə, Paris-2024 Yay Olimpiya Oyunlarında əvvəldəndə idmançılarımızdan qızıl medal gözləyib: "İlk gün Qazaxıstan və Özbəkistan təmsilçiləri qızılı təmin edərkən, insan gözləyirdi ki, bizdə də çempion olsun. Əlbəttə, yarışlar başlamamışdan öncə Hidayətin və Zelimin çempion olacağına ümid edirdik. Hidayətin görüşləri çətin keçdi. Hətta deyərdim ki, Abu-Dabidəki dünya çempionatı bundan rahat alınmışdı. Təbii ki, rəqiblər də hər şeyi öyrənirlər. Analizlər aparırlar və idmançıları tanıyırlar. Zelimin də final görüşü olduqca dramatik keçdi. Ümumiyyətlə, Olimpiada da çıxış etmək çox çətindir. Hər şeydən əlavə burada psixoloji hazır olmalısan. Ona görə də bizim gənclər böyük bir iş görüblər".

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024-də 2 qızıl medal qazanmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.


Etiketlər:  Ağayar Axundzadə Bizim gənclər böyük görüblə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ