Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın ilk Olimpiya çempionu... - VİDEO

Azərbaycanın ilk Olimpiya çempionu... - VİDEO

Tarix: 5 Avqust 2024 12:58

Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyevin Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olması ilk Olimpiya çempionumuz Nazim Hüseynovu yenidən gündəmə gətirib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2 gün öncə 54 yaşı tamam olan veteran idmançının 1992-cı ildə Barselonada keçirilən Olimpiadada qazandığı tarixi uğuru xatırlanıb.

Maraqlıdır ki, Nazim Hüseynovun ilk qızıl medal qazanmasından bu günə qədər ölkəmizin ən çox Olimpiya çempionluğu da məhz cüdoda olub. Bu idman növündə artıq 4 qızıl medal sahibi var.

Bunlar Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevdir.

Bu məqamda "Belə-belə işlər" kanalının Nazim Hüseynovla bağlı iki il öncə hazırladığı videonu təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycanın Olimpiya çempionu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ