Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 21:04
“Barselona”nın futbolçusu Luis Suares komanda yoldaşı Usman Dembelenin tez-tez zədələnməsindən narahatdır.
Qol.az xəbər verir ki, uruqvaylı forvard ESPN-ə açıqlamasında həkimlərin bu duruma bir çarə tapmalı olduqlarını deyib:
“Həkimlər bunun bir həll yolunu tapmalıdır. O, niyə bərpa prosesindən sonra yenidən zədələnir? Bunun səbəbi bilinməlidir. Ümid edirəm ki, tezliklə sıramıza qoşulacaq. Dembele bizim üçün vacib oyunçudur”.
Qeyd edək ki, əzələsi dartılan fransalı hücumçunun ilin sonuna qədər meydana çıxa bilməyəcəyi açıqlanıb. O, bu il ərzində bir neçə dəfə zədələnərək vacib oyunlarda komandasın kömək edə biməyib.