Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS Haniyənin yerinə yeni lider seçdi

HƏMAS Haniyənin yerinə yeni lider seçdi

Tarix: 6 Avqust 2024 23:04

Yəhya əs-Sinvar HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" hərəkatın bəyanatına istinadən məlumat yayıb.

"HƏMAS İslami Müqavimət Hərəkatı öldürülən İsmayıl Haniyənin yerinə Yəhya əs-Sinvarın hərəkatın Siyasi Bürosunun rəhbəri seçildiyini elan edir", - HƏMAS-ın bəyanatında deyilir.

Bundan əvvəl Sinvar Qəzza zolağında hərəkatın lideri olub.

Qeyd edək ki, İsmayıl Haniyə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda qaldığı iqamətgaha iyulun 30-dan 31-nə keçən gecə zərbə endirilməsi nəticəsində ölüb.


Etiketlər:  HƏMAS Haniyənin yerinə yeni lider seçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ