Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO)

“Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO)

Tarix: 28 Noyabr 2019 23:05

Bakı. Trend:

Görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş teatr həftəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı da paytaxt teatrsevərləri qarşısında çıxış edib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində ədibin "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş" tamaşası lənkəranlı teatr təmsilçilərinin ifasında özünün yeni səhnə təcəssümünü yaşadı.

Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri tərəfindən izlənən tamaşa Cabbarlının qələmindən çıxan nakam məhəbbət dramının maraqlı səhnə yozumu idi.

Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayev olan səhnə işində rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirdilər.

Ailə-məişət mövzusundakı tamaşada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə və Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsir kəskin tənqid olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

“Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO) “Vəfalı Səriyyə” Bakı səhnəsində (FOTO)


Etiketlər:  Vəfalı Səriyyə Bakı səhnəsində FOTO


RƏYLƏR