Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2024 18:44
Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib.
Tərəflər həmçinin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra yaranan regional gərginliyi müzakirə ediblər.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.