Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur

İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur

Tarix: 7 Avqust 2024 19:50

BMT Təhlükəsizlik Şurası İsrailin aqressiv addımlarına qarşı səsini çıxara bilmədiyi üçün Tehranın HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməkdən başqa yolu yoxdur.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən növbədənkənar iclasında deyib.

O deyib ki, Təhlükəsizlik Şurası tərəfindən hər hansı müvafiq tədbir görülmədiyi halda, İran İslam Respublikasının özünün qanuni müdafiə hüququndan istifadə etməkdən başqa seçimi yoxdur.


Etiketlər:  İran XİN susduğuna görə İsrailə cavab verməkdən başqa yolumuz yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ