Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib

Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib

Tarix: 8 Avqust 2024 06:36

Rusiyanın Kursk vilayətində irəliləməyə cəhd edən Ukrayna qoşunları azı 315 nəfər itki verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə bildirib.

"Avqustun 6-da səhər saat 05:30-da Ukrayna Silahlı Qüvvələrinin 1 000 nəfərdən ibarət bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədi ilə hücuma keçib. Qarşı tərəf azı 315 nəfər itki verib (azı 100 nəfər ölüb, 215-i yaralanıb), həmçinin 54 zirehli texnika, o cümlədən 7 tank itirib. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsinin qarşısı alınıb", - o deyib.

Milli.Az


Etiketlər:  Gerasimov Kursk vilayətinə hücumlar zamanı Ukrayna nəfərdən çox itki verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ