Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ordusunun Kurska hücumunun səbəbi - Reynolds

Ukrayna ordusunun Kurska hücumunun səbəbi - Reynolds

Tarix: 8 Avqust 2024 09:16

Ukrayna ikinci cəbhə aça bilməz. Onlar Donbasda cəbhə xəttini sabitləşdirməlidirlər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun müharibə üzrə mütəxəssisi Nik Reynolds Kurska hücumu şərh edərkən deyib.

"Ukrayna ordusunun əməliyyatının sürəti, görünür, rus qoşunlarını təəccübləndirib. Ukrayna ümid edə bilər ki, Rusiya şərqdəki qüvvələri cəbhədən yayındıracaq və oradakı Ukrayna qoşunlarına təzyiqi azaldacaq. İrəli getmək Ukrayna ordusuna Rusiyanın Xarkov yaxınlığındakı qoşunlarına təchizat xətlərini pozmağa imkan verə bilər. Hücum həm də onu göstərir ki, Rusiya öz ərazisində sakit oturmamalıdır", - Reynolds bildirib.

Qeyd edək ki, Ukrayna ordusu 6 avqustdan Kursk vilayətinə hücum edib və 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.


Etiketlər:  Ukrayna ordusunun Kurska hücumunun səbəbi Reynolds


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ