Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-2024: Həsrət Cəfərovun bürünc görüşündə rəqibi dəqiqləşib

Paris-2024: Həsrət Cəfərovun bürünc görüşündə rəqibi dəqiqləşib

Tarix: 8 Avqust 2024 13:42

13:40

Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxacaq. Bu, "klassiklər"imizin Parisdə medal hesabını açmaq üçün axrıncı şans olacaq.

Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Amantur İsmayılovla (Qırğızıstan) güləşəcək.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.

--------
10:42


Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxacaq. Bu, "klassiklər"imizin Parisdə medal hesabını açmaq üçün axrıncı şans olacaq.

Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısının rəqibi bugünkü təsəlliverici görüşlərdə bəlli olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.


Etiketlər:  Paris 2024 Həsrət Cəfərovun bürünc görüşündə rəqibi dəqiqləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ