Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nobel” laureatı Banqladeşdə müvəqqəti hökumətə rəhbərlik edəcək

“Nobel” laureatı Banqladeşdə müvəqqəti hökumətə rəhbərlik edəcək

Tarix: 8 Avqust 2024 11:50

Nobel mükafatçısı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Onun avqustun 5-i Baş nazir Şeyx Hasinanın hökumət əleyhinə etirazlar fonunda ölkədən qaçmasından sonra müvəqqəti hökumətə başçılıq edəcəyi bildirilir.

84 yaşlı banqladeşli bankir açıqlama verərək ölkəyə avqustun 8-i gələcəyini deyib və əlavə edib ki, keçid dövründən sonra hökumətdə qalmaq fikri yoxdur.

Qeyd edək ki, Şeyx Hasinanın istefasından az sonra bəzi banqladeşlilər dini azlıqlara, eləcə də sol mərkəzçi "Avami liq" partiyasının üzvlərinə və onların əmlakına hücum edərək vandalizm aktları törədiblər. Ölkədə davam edən iğtişaşlarda ən azı 60 nəfər həlak olub.

Xatırladaq ki, iqtisadçı və "kasıbların bankiri" kimi tanınan Məhəmməd Yunus mikrokredit bazarlarını inkişaf etdirdiyinə görə 2006-cı ildə Nobel Sülh Mükafatını alıb. Onun 1983-cü ildə təsis etdiyi "Grameen Bank" vasitəsilə yoxsullara mikrokredit verilir.

Azərbaycanda da bir neçə dəfə səfərdə olan professora bu ilin əvvəlində UNEC-də vəzifə verilmişdi. O, rektorun sosial biznes məsələləri üzrə müşaviri təyin olunub.


Etiketlər:  Nobel laureatı Banqladeşdə müvəqqəti hökumətə rəhbərlik edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ