Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata yeni doğulan körpəsini döyüb öldürdü - Səbəb dəhşətə gətirir

Ata yeni doğulan körpəsini döyüb öldürdü -  Səbəb dəhşətə gətirir

Tarix: 14 Avqust 2024 18:38

Rusiyanın Kurqan vilayətində 39 yaşlı ata yeni doğulmuş uşağı döyərək öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, aprelin 27-də günorta saatlarında kişi körpənin ağlamasından əsəbiləşib və onun başına vurmağa başlayıb. Körpənin anası baş verənlərin şahidi olub və polisə müraciət edib. Həkimlər hadisə yerinə gəlsə də, körpəni xilas etmək mümkün olmayıb.

Ata saxlanılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "c, d" bəndləri ilə ittiham olunur. Qeyd olunur ki, həmin şəxs əvvəllər qəsdən insan sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinib.

Milli.Az


Etiketlər:  yeni doğulan körpəsini döyüb öldürdü Səbəb dəhşətə gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ