Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden onlardan küsdü

Bayden onlardan küsdü

Tarix: 15 Avqust 2024 09:52

ABŞ Prezidenti Co Bayden Barak Obamanın şəxsən ona seçki yarışından geri çəkilməyin zəruriliyi barədə demədiyinə, habelə Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin seçkidən geri çəkilməsi ilə bağlı təzyiqlərinə görə məyus olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Politico"nəşri yazır.

Məlumata görə, Bayden ən yaxın tərəfdarlarına bildirib ki, o, prezidentlik yarışından geri çəkilmək qərarı ilə barışsa da, lakin onu buna məcbur edən Demokratlar Partiyasının bir sıra üzvlərindən - Barak Obama, Nensi Pelosi və Çak Şumerdən küsüb.

Qeyd olunur ki, Baydenin yarışdan çəkilmək qərarındakı rolunu açıq şəkildə izah edən Pelosi son vaxtlar diqqət mərkəzində olub. Bildirilir ki, Bayden seçkidən çəkilmək qərarını elan etdikdən sonra Nümayəndələr Palatasının keçmiş spikeri ilə əlaqə saxlamayıb.

"Bayden, həmçinin, Obamanın iyunun sonunda Atlantada baş tutan fəlakətli debatdan sonra kampaniya ilə bağlı narahatlıqlarını bildirmək üçün birbaşa ona zəng etmədiyinə görə narazıdır", - nəşr yazır.

Xatırladaq ki, iyulun 21-də Co Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.


Etiketlər:  Bayden onlardan küsdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ