Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evsizlərə paylanılan konfetin içindən çıxanlar ölkəni təşvişə saldı

Evsizlərə paylanılan konfetin içindən çıxanlar ölkəni təşvişə saldı

Tarix: 15 Avqust 2024 22:28

Yeni Zelandiyanın Oklend bölgəsində evsiz insanlara kömək edən xeyriyyə təşkilatı təsadüfən tərkibində metamfetamin olan konfet paylayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Auckland City Mission" adlı təşkilat özü açıqlama verib.

Bildirilib ki, şirniyyatlar naməlum şəxs tərəfindən dərnəyə hədiyyə edilib. Müfəttiş Glenn Baldvin bir adamın konfetin dadı ilə bağlı dərnəyi xəbərdar etməsindən sonra məsələnin səlahiyyətlilərə bildirildiyini bəyan edib.

O, konfetin dadına baxan işçi də daxil olmaqla üç nəfərin xəstəxanaya yerləşdirildiyini, lakin sonradan evə buraxıldığını bildirib. Yeni Zelandiya Dərman Fondu bəyan edib ki, hər konfetdə metamfetaminin miqdarı lazım olduğundan 300 dəfə çox olarsa, ölümcül nəticələrə səbəb olur.

Son 6 həftədə bağışlanan konfetin nə qədərinin paylandığı və nə qədərində metamfetamin olduğu hələlik bəlli deyil.

Konfetləri istehsal edən şirkət isə məhsullarında qeyri-qanuni dərmanların istifadəsini qəbul etmədiyini və konfetlərin yanlış məqsədlə istehsaldan sonra istifadə edilə biləcəyini bəyan edib.

Milli.Az


Etiketlər:  Evsizlərə paylanılan konfetin içindən çıxanlar ölkəni təşvişə saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ