Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karapetyan: Rusiya olmasaydı, Ermənistan olmayacaqdı

Karapetyan: Rusiya olmasaydı, Ermənistan olmayacaqdı

Tarix: 16 Avqust 2024 14:32

Mən istəyirəm xalqımız başa düşsün ki, əgər rus xalqı olmasaydı, nəinki üçüncü respublika, heç birinci və ikinci respublika da olmayacaqdı.

Sonxeber.net axar.az-a istinadən bildirir ki,  bunu Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Ermənistanda 8-ci sinif tarix dərsliyində Türkmənçay müqaviləsi ilə Rusiyanın guya "Şərqi Ermənistanı işğal etməsi" barədə tarixi saxtakarlığa haqda danışarkən deyib.

"Ümumiyyətlə heç nə olmayacaqdı. Heç erməni quberniyası belə olmayacaqdı. Öz tarixini unutmaq olmaz. Erməni quberniyasının necə yaranmasını unutmaq olmaz. Necə oldu ki, erməni quberniyasından Sovet Ermənistanı yarandı? Necə oldu ki, daha sonra müstəqil Ermənistan Respublikası yarandı? Biz ermənilər başa düşməliyik ki, biz kimik", - Karapetyan bildirib.

Qeyd edək ki, Türkmənçay müqaviləsindən sonra, 1829-cu ildən başlayaraq Rusiya imperiyası tərəfindən Cənubi Qafqaza köçürülüb gətirilən haylara daha sonra Azərbaycan torpaqları hesabına dövlət yaradılıb. Ermənistan hakimiyyəti isə tarixi saxtalaşdıraraq, yeni "tarix" uydurur və bu dəfə Rusiyanın guya onları "işğal etməsindən" bəhs edir. Halbuki 1828-ci ilə qədər Cənubi Qafqazda nəinki erməni dövləti, ümumiyyətlə hay qaraçıları olmayıb; tarixdə bəzi məqamlarda adı keçən "ərmənlər" isə xristian albanlara qoyulan türk adıdır.

Ermənistanın bu tarixi saxtakarlığını Rusiya XİN ötən gün həyasızlıq və saxtakarlıq adlandırıb.


Etiketlər:  Karapetyan Rusiya olmasaydı Ermənistan olmayacaqdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ