Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır

ÜST: Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır

Tarix: 20 Avqust 2024 15:08

Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge deyib.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələr COVID-19-un yayılmasını nəzarətdə saxlamağı bacarır. H. Klüge onu da əlavə edib ki, hazırda təmsil etdiyi qurumda meymunçiçəyinə qarşı mübarizə tədbirləri nəzərdən keçirilir:

"Bizim bu virusa qarşı verəcəyimiz reaksiyadan çox şey asılıdır. Çünki meymunçiçəyi həm Avropa, həm də dünya üçün kritik sınaq olacaq".

H. Klüge bir sıra ölkələr üçün profilaktik tövsiyələrin təkmilləşdirilməsi məqsədilə iş aparıldığını bildirib.

Milli.Az


Etiketlər:  ÜST Meymunçiçəyi COVID onun ştammıdır


RƏYLƏR