Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrovun sözlərinə İrəvandan kəskin reaksiya

Lavrovun sözlərinə İrəvandan kəskin reaksiya

Tarix: 20 Avqust 2024 19:28

Ermənistanın açıq sənədlərdən başqa heç bir müqaviləsi yoxdur və onları sabotaj edə bilməz.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

"Rusiya XİN rəhbərinin bəyanatı Moskvanın İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakı ilə bağlı açıq təəssüf və şübhə yaradıb. İrəvan sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiqləyib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək", - XİN vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirmişdi ki, kommunikasiyaların açılmasına dair sazişdə Paşinyanın imzası olsa da, İrəvan müqaviləni sabotaj edir.


Etiketlər:  Lavrovun sözlərinə İrəvandan kəskin reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ