Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2024 13:45
İllər əvvəl ABŞ-a köçən Azad Azərbaycan (ATV) kanalının keçmiş teleradioaparıcısı Günel Hümbətova dünya şöhrətli cütlük Cennifer Lopez və Ben Afflekin boşanması xəbərinə münasibət bildirib.
Sonxeber.net olay-a istinadən bildirir ki, Günel məşhur "ər-arvadın" fotosunu instaqramda paylaşaraq Las Veqasda evlənən cütlüklərin taleyində ayrılıq işarəsinin olduğunu yazıb.
"Las Veqasda evlənmək camaata düşmür. Nəzərə alın. Şəxsi təcrübəmdən deyirəm", - deyə G.Hümbətova bildirib.
Qeyd edək ki, Hümbətova keçmiş əri Firuz Soliyevlə ötən il boşanıb. Cütlük 2015-ci ildə Las Veqasda ailə qurub. Onların Jozefina adlı bir qızı var.