Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onun üçün çox darıxıram...” - FOTO

“Onun üçün çox darıxıram...” - FOTO

Tarix: 22 Avqust 2024 14:10

Bu gün Əməkdar artist Aygün Bəylərin doğum günüdür.

Milli.Az olay-a istinadən bildirir ki, aparıcı Leyla Quliyeva mərhum sənətçi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Leyla aparıcısı olduğu "Söhbət musiqidən gedir" verilişində qonaq etdiyi A.Bəylərlə xatirə çəkdirdiyi fotosunu yayımlayaraq bu sözləri yazıb:

"Onun üçün çox darıxıram... Bu gün onun ad günüdür... Ruhu şad olsun".

Xatırladaq ki, sözügedən proqramda Leyla Aygün Bəylərə Prezident İlham Əliyevin Əməkdar artistin ev problemini həll etməsi xəbərinin müjdəsini vermişdi. Bu xəbərdən isə Əməkdar artist sevincdən göz yaşlarına qərq olmuşdu.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunub.

Milli.Az


Etiketlər:  Onun üçün çox darıxıram FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ