Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ancelina Bredlə barışmaq istəyir

Ancelina Bredlə barışmaq istəyir

Tarix: 23 Avqust 2024 01:15

Dünyaca məşhur aktrisa Ancelina Coli 8 il qalmaqal yaşadığı həmkarı, keçmiş həyat yoldaşı Bred Pittlə barışmaq istəyir.

Sonxeber.net olay-a istinadən bildirir ki, aktrisanın bu addımı atmasına səbəb oğulları Paksdır. 

Beləki, iyulun sonunda 20 yaşlı Paks qəzaya uğrayıb. Onun dəbilqəsiz elektrik velosiped sürdüyü və avtomobillə toqquşma nəticəsində beyin travması alıb. 

Valideynlər əvvəlcə baş verənlərə görə bir-birlərini günahlandırırdə, lakin indi cütlüyə yaxın mənbə "In Touch" nəşrinə açıqlamasında bildirib ki, onlar aralarında ki, müharibəni birdəfəlik bitirməyə və nəhayət boşanma prosesini başa çatdırmağa hazırdırlar.

Mənbənin sözlərinə görə, Ancelina hər şeyi edir ki, Bred Paksın səhhəti ilə bağlı xəbərləri vasitəçilərlə ona çatdırsın. Mənbə əlavə edib ki, o, "narahatlığı yüksək qiymətləndirir" və "güzəşt etməyə hazırdır": 

"Bu dəfə onlar sakitləşib bütün bu ittiham oyununu dayandırmış kimi görünürlər. Ola bilsin ki, onlar oturub danışa bilsinlər, ətrafdakıların onlardan gözlədiyi budur".

Bred, öz növbəsində, Paksla əlaqəli məsələlərdə maliyyə də daxil olmaqla, Ancelinaya kömək etməyə hər an hazırdır. 

Həmsöhbət aktyorun bütün ödənişləri ödəməyə hazır olduğunu söyləyib - aktrisanın bir vaxtlar uşaqları atalarına qarşı qoymasına əhəmiyyət vermir. 

Yeri gəlmişkən, onu da qeyd edək ki, ötən gün cütlüyün böyük bioloji qızı 18 yaşlı Şilo atasının soyadından rəsmi şəkiildə imtina edib.


Etiketlər:  Ancelina Bredlə barışmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ