Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sejurne Arakçıya xəbərdarlıq etdi: Makronun tələbi...

Sejurne Arakçıya xəbərdarlıq etdi: Makronun tələbi...

Tarix: 24 Avqust 2024 08:02

İranın xarici işlər naziri Abbas Arakçı Britaniya və Fransadan olan həmkarları ilə telefon danışığı aparıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Arakçı bildirib ki, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə cavab zərbəsi endirmək hüququndan əl çəkməyəcək.

Fransa XİN başçısı Sejurne isə xatırladıb ki, Fransanın əsas prioriteti İranda girov saxlanılan Fransa vətəndaşlarının dərhal azad edilməsidir, Fransa prezidenti artıq iranlı həmkarından bunu tələb edib. O, regiona son səfəri zamanı bütün maraqlı tərəflərə siqnal göndərdiyini, xüsusən də İsrail və Livan arasındakı münasibətlərdə deeskalasiya yolunu tutmağı təklif etdiyini bildirib.

Sejurne İranın sabitliyi pozan silahların yayılmasına dair fəaliyyətlərini davam etdirməmək barədə xəbərdarlıq edib.


Etiketlər:  Sejurne Arakçıya xəbərdarlıq etdi Makronun tələbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ