Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada həbsxanada qiyam: Yaralananların son durumu...

Rusiyada həbsxanada qiyam: Yaralananların son durumu...

Tarix: 24 Avqust 2024 14:32

Ötən gün Rusiyanın Volqoqrad vilayətində 19 saylı Cəzaçəkmə Müəssisəsində baş verən iğtişaşda yaralanan koloniyanın əməkdaşlarının son vəziyyəti açıqlanıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Regional Səhiyyə Komitəsi məlumat yayıb.

"1983-cü il təvəllüdlü xəstə 25 saylı təcili tibbi yardım xəstəxanasındadır. Onun vəziyyəti orta-ağırdır. Üç xəstə isə 1 saylı Volqoqrad Klinik Xəstəxanasında müalicə olunur. 1979-cu il təvəllüdlü iki nəfərin vəziyyəti ağır, 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir", - məlumatda bildirilib.


Etiketlər:  Rusiyada həbsxanada qiyam Yaralananların durumu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ