Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Kurska bu qədər ordu toplamalıdır ki... - NYT

Rusiya Kurska bu qədər ordu toplamalıdır ki... - NYT

Tarix: 25 Avqust 2024 08:28

Ukrayna ordusunu Kursk vilayəti ərazisindən sıxışdırıb çıxarmaq üçün ruslara ən azı 50 min əsgər lazımdır. Onların sözügedən sahədə bu qədər hərbçi ehtiyatı yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

"Pentaqonun hesablamalarına görə, Ukrayna ordusunun Baş Qərargahı Kursk əməliyyatına 10 minə yaxın əsgər cəlb edib. Ukraynalılar nə qədər çox ərazini nəzarətə götürə bilsə, onu müdafiə etmək bir o qədər çətin olacaq. Ancaq Rusiya üçün Ukrayna Silahlı Qüvvələrini sıxışdırmaq da çətin olacaq. Ukraynalıları Rusiya ərazisindən geri çəkmək üçün Rusiyaya 15-20 briqada və ya ən azı 50 min əsgər lazımdır. Lakin indi Kremlin Kursk istiqamətində belə qüvvəsi yoxdur", - məlumatda deyilib.

Milli.Az


Etiketlər:  Rusiya Kurska qədər ordu toplamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ