Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 16:00
Bakı. Trend:
Rusiyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Görüşdə İ.Umaxanov bildirib ki, bu cür görüşlər iki ölkə arasında əlaqələrin dinamik inkişafından xəbər verir: "Həm Rusiyada, həm də Azərbaycanda icmalar üçün hərtərəfli şərait yaradılmalıdır".
Öz növbəsində, F.Muradov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini xatırladıb, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Komitə sədri Rusiya Federasiyasında azərbaycanlıların bütün sahələrdə təmsil olunduğunu qeyd edərək Azərbaycan diasporunun üzləşdiyi problemlərdən də söhbət açıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin